"Yuventus" İtaliya A seriyasında növbəti oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi 10-cu turda "Empoli"nin qonağı olub. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yuventus"un hər iki qolunu Kriştianu Ronaldu vurub.
"Empoli" - "Yuventus" - 1:2
Qollar: Kaputo, 28 (1:0), Ronaldu, 54-pen (1:1), 70 (1:2)
Bu qələbə ilə xalını 28-ə yüksəldən Massimiliano Alleqrinin komandası liderliyi möhkəmləndirib.
Milli.Az