Türkiyənin Adana vilayətində 29 oktyabr Cümhuriyyət Bayramında terror aktları həyata keçirməyi planlaşdıran İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, əməliyyatın gedişatında biri qadın olmaqla, 5 nəfər saxlanılıb.

Şübhəlinin evlərində çoxlu sayda mobil telefon və cihad kitabları ələ keçirilib. Onların həmçinin Suriyadakı terror təşkilatlarını döyüşlərlə təmin etdiyi bildirilir.

Ömər