ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con
Bolton Bakıdadır.
Publika.az xəbər verir ki, C. Boltonla Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarovun görüşü başlanıb.
Azərbaycan XİN rəsmi Tvitter səhifəsində bu barədə məlumat
yayıb.
“Xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Boltonun görüşü başladı”, - deyə
Xİn-in məlumatında bildirilir.
Qeyd edək ki, Bolton Bakıya Moskvadan gəlib. O, sabah Ermənistana,
daha sonra Gürcüstana səfər edəcək. “Amerika qırğısı” ləqəbi ilə
tanınan Boltonun regiona səfəri geosiyasi proseslər fonunda diqqət
çəkir.
Asif