İngiltərənin "Vest Hem" klubu ciddi itki ilə üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Andrey Yarmolenko zədələnib.
Premyer Liqanın 9-cu turunda "Tottenhem"lə oyunda zədələnən ukraynalı hücumçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Yarmolenko yayda Dortmund "Borussiya"sından "Vest Hem"ə keçib.
Milli.Az