"Çelsi"nin italyan baş məşqçisi Maurisio Sarri klubun tarixinə düşüb.

Milli.Az Goal.az xəbər verir ki, ötən gün İngiltərə Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Çelsi" - "Manchester Yunayted" (2:2) qarşılaşmasında məğlub olmayan londonluların baş məşqçisi Maurisio Sarri klubun tarixinə düşüb.

Belə ki, mövsümün əvvəli "Çelsi"nin sükanı arxasına keçən Sarri keçirdiyi ilk 9 oyunda məğlubiyyət üzü görməyib.

Sarridən öncə bu rekorda 8 oyun məğlub olmayan Joze Mourinyo və Felipe Skolari başçılıq edirdi.

Xatırladaq ki, "Çelsi" İngiltərə Premyer Liqasında 21 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az