Hindistanın Assam ştatında sərnişin avtobusu körpüdən çaya aşıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobusun çaya aşması nəticəsində azı 7 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb. İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarətməni itirməsi olub.