Futbol üzrə Azərbaycan Premyer Liqasındaı II dövrəyə start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, VIII turun açılış matçında "Qəbələ" doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. Ceyms Adeniyi komandasını hesabda önə çıxarıb. İkinci qol isə 57-ci dəqiqədə vurulub. Stiven Monroz hesab arasındakı fərqi artırıb.

Ceyms Adeniyi 77-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. Meydan sahiblərinin heyətində Təmkin Xəlilzadə 67-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+4-cü dəqiqədə Kvame Karikarı qonaqların təsəllini qoluna imza atıb.

Bu nəticədən sonra "Qəbələ" xallarının sayını 8-ə yüksəldərək, 5-ci pillədə qərarlaşıb. Premyer Liqada ilk məğlubiyyətini alan "Neftçi" isə 19 xalda qalıb.

Qeyd edək ki, günün digər matçında "Qarabağ" "Səbail"i qəbul edəcək. Tura sabah keçiriləcək "Sumqayıt" - "Sabah" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq.

Milli.Az