"Sevilya"nın baş məşqçisi Pablo Maçin La Liqada "Barselona" ilə səfərdə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Maçin İspaniya mətbuatına açıqlamasında belə deyib:

"Qarşılaşmanın sürətli və maraqlı keçəcəyini düşünürəm. Bura lider olaraq gəldik və final fitindən sonra da lider olaraq qayıtmaq istəyirik. Bizim üçün stadionun fərqi yoxdur, yaxşı nəticə əldə edəcəyimizə inanıram.

Güclü futbolçulardan təşkil olunmuş bir komandayıq. Həmişə qollar vuraraq, qələbə qazanmaq istəyirik. Bura bərabərlik üçün də gəlməmişik. Yalnız qələbə haqda düşünürük".

"Barselona" - "Sevilya" matçı bu gün, saat 22:45-də başlayacaq.

Milli.Az