Türkiyənin “Qurtuluş savaşı” apardığı dövrlərdə
ermənilərin türk əsgərlərini yunanlara satdığı ilə bağlı tarixi
faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, türk əsgərlər yunanlıları
məğlub etmək üçün Ayfonkarahisar bölgəsindəki Düztaşda mövqe
tutaraq, tələ qurur. Lakin bunu öyrənən erməni kəndli məlumatı
yunanlılara çatdırır.
Yunanlılar hər tərəfdən türk əsgərlərinin mövqeyinə güllə
yağdırmağa başlayır. Həmin gülləbaranda 700 türk əsgəri şəhid olur.
Bu gün həmin bölgədə torpağı qazarkən insan sümükləri
çıxmaqdadır.
Məlumatlara görə, türk əsgərlərini satan şəxs Əli ləqəbli erməni
olub. Bu hadisədən sonra türk əsgərləri həmin ermənini edam
edir.
Asif