Dieqo Maradonanın Argentina millisindəki keçmiş köməkçisi Fernando Sinorini hesab edir ki, Messi milliyə qayıtmamalıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sinorini millinin Messiyə layiq olmadığını deyib:

"Təəssüf ki, Leo İspaniya millisində oynamır. Burada dünya çempionu ola bilərdi. Başa düşürəm ki, cəmiyyət onu qınayacaqdı. Vətənini satmaqda günahlandırılacaqdı. Bununla belə, çox istərdim ki, ulduz futbolçu İspaniya millisində yer alsın. Məncə, Messi Argentina yığmasına qayıtmasa yaxşı olar. Onu daim tənqiq edirlər. Himni oxumadığı üçün təzyiqlə üzləşir. Argentina millisi Messiyə layiq deyil. Əlindən gələni edir. Lakin layiq olduğu qiymət verilmir".

Milli.Az