Sloveniya yığmasının baş məşqçisi Tomaj Kavçiç istefaya göndərilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata Sloveniya Futbol İttifaqının prezidenti Radenko Miyatoviç məlumat verib.
 
Komandanın uğursuz nəticələri Kavçiçin qovulmasına  səbəb olub. Sloveniya yığması UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupunun sonuncusudur. Geridə qalan dörd oyundan yalnız birində heç-heçə edən sloveniyalılar 3 görüşdə məğlub olublar.

Qeyd edək ki, Kavçiç 2017-ci ilin dekabr ayından millini çalışdırırdı.

Milli.Az