"Qarabağı qaytarın" TƏLƏBİNƏ CAVAB, ermənilər KƏLBƏCƏRDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
17 Oktyabr 2018, 20:03·1 baxış·5 dəq oxu
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək.
Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın
Ermənistandakı səfiri Riçard Millsin Dağlıq Qarabağla bağlı
bəyanatını şərh edib. ABŞ İran və Rusiyadan olan şirkətlər
barəsində yeni sanksiyalar tətbiq edə bilər. Rusiya Prezidenti
Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Ermənistan kütləvi informasiya vasitələrində
Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin
salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla
Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat
verilir. Krımın Kerç şəhərində terror aktı
törədilib.
Bu barədə XİN-dən verilən açıqlamada bildirilir.
Ermənilər Kəlbəcərdə yeni qəsəbə saldı və... - XİN-dən SƏRT BƏYANAT
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər
edəcək.Bu haqda “RİA-Novosti” agentliyinə
diplomatik mənbə bildirib.
Mənbənin sözlərinə görə, Bolton ölkənin rəsmi şəxsləri ilə bir
sıra görüşlər keçirəcək və regional məsələlər müzakirə
ediləcək.
Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş
nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü
və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal
olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin
bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb
doğurur. Bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin şərhində deyilir.
Bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya
XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar
Ermənistan və Azərbaycandır:
"ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı
və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və
Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda
aparılır.
Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini
Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu
ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının
müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter
daşımır".
“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj
hesab etmək olar”. Bu barədə baş nazir səlahiyyətlərini
icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard
Millsin bəyanatını şərh edərkən deyib.
Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe
sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama
salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.
Qeyd edək ki, ABŞ səfiri Riçard Mills “Dağlıq Qarabağ
münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş
ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək. İlk dəfə
Ermənistana gələndə ermənilərin böyük qismi işğal edilmiş
ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı
çıxırdı. O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün
qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq
yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu
ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu
variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən
çox təəccüblənmişdim”.
“Hökumət başçısının istefasından sonra parlamentdə
Nazirlər Kabineti rəhbərinin seçkilərinin birinci mərhələsində baş
nazir postuna Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi
siyasi yox, hüquqi əsasa malikdir”. Bu barədə dünən
istefa verən, hazırda baş nazir səlahiyyətlərini müvəqqəti icra
edən Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə
açıqlamasında deyib.
Onun sözlərinə görə, bu siyasi yox, hüquqi məsələdir və
hüquqşünaslar arasında müzakirələr aparılır.
Ermənistan mediası yazır ki, yaxın 14 gündə parlament iki
iclasda baş naziri seçə bilməsə, onda buraxılacaq və ölkənin
prezidenti növbədənkənar seçkilər təyin edəcək.
Ankaraya səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Esenboğa Hava
Limanında görüş keçirilib. Dövlət katibinin səfərinin əsas
məqsədi səudiyyəli jurnalist Camal Qaçıqçının yoxa çıxması
ətrafında yaranan vəziyyəti müzakirə etmək idi.
Görüşə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri
Hakan Fidan, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident
sözçüsü İbrahim Kalın qatılıb. Görüş təxminən 40 dəqiqə davam
edib.
Qeyd edək ki, Pompeo dünən Səudiyyə Ərəbistanının kralı Salman
ibn Əbdüləzizlə görüşüb.
Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə
Türkiyəyə səfər edəcək. Məlumata görə, Putin
İstanbulda dördtərəfli zirvə toplantısında iştirak edəcək. Həmin
zirvə toplantısına Fransa Prezidenti Emmanuel Makron və Almaniya
kansleri Angela Merkelin də qatılması gözlənilir.
Zirvənin əsas gündəm mövzusu Suriyadakı siyasi keçid prosesi,
terrorla mübarizə və Fəratın şərqində YPG/PKK terror
qruplaşmalarının varlığı olacaq.
ABŞ İran və Rusiyadan olan şirkətlər barəsində yeni
sanksiyalar tətbiq edə bilər. Bu haqda mənbələrə
istinadən ABŞ-ın NBC telekanalı bildirib.
“Planda maliyyə təzyiqinin göstərilməsi yolu ilə İran Silahlı
qüvvələrinin Suriyadan sıxışdırılması üzrə siyasi və diplomatik
səylərin əsasları hazırlanır”, - kanalın xəbərində deyilir.
Planla tanış olan üç mənbənin sözlərinə görə, ABŞ İran və
Rusiyanın hərbi kontingentlərinin olduğu rayonların bərpasına mane
olmaq niyyətindədir.
İsrail Qəzzadan hücumlara son qoymaq üçün “böyük
güclə” hərəkət edəcək. Bu haqda İsrailin baş naziri
Benyamin Netanyahu bildirib.
Baş nazir bu barədə Qəzza ərazisindən həyata keçirilən raket
atəşindən sonra sərhədyanı yaşayış məntəqələrinin başçıları və güc
strukturlarının rəhbərliyi ilə müşavirəsində deyib.
Xatırladaq ki, daha əvvəl “The Jerusalem Post" nəşrinin məlumata
görə, raket zərbələri oktyabrın 17-də Qəzza tərəfdən endirilib.
Raketlərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb,
yaralıların olduğu bildirilir.
Raketlərdən biri isə paytaxt Təl-Əvivin yaxınlığında Araılq
dənizinə düşüb. İsrail aviasiyası xavab olaraq Qəzzada döyüşçülərin
20 obyektinə zərbələr endirib.
Krımın Kerç şəhərində Texnologiya Texnikumunda
partlayış baş verib. Hadisə nəticəsində 18 insan
həlak olub, 50 nəfər yaralanıb.