“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj
hesab etmək olar”.
Publika.az xəbər verir ki, bu barədə baş nazir
səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı
səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.
Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe
sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama
salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.
Qeyd edək ki, ABŞ səfiri Riçard Mills “Dağlıq Qarabağ münaqişəsinin
istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin
müəyyən hissəsinin qaytarılmasını tələb edəcək. İlk dəfə
Ermənistana gələndə ermənilərin böyük qismi işğal edilmiş
ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı
çıxırdı. O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün
qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq
yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu
ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu
variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən
çox təəccüblənmişdim”.
Asif