"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, İstanbul klubu 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə bağlayıb. Fatih Terimin hazırkı müqaviləsi 2019-cu ilin mayında başa çatacaqdı.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray"ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub.

Milli.Az