Futbol üzrə Braziliya yığması Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən yoldaşlıq görüşündə Argentina üzərində minimal hesablı qələbə qazanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, matçda yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə (90+3) Neymarın ötürməsindən sonra Juan Miranda vurub.

İtaliyanın "İnter" klubunun mərkəz müdafiəçisi üçün bu qol yığmanın heyətində sayca üçüncü olub.

Bu, Braziliya və Argentina yığmalarının 115-ci qarşılaşması olub. Onlardan 46-da braziliyalılar, 43-də isə argentinalılar qələbə qazanıb. 26 matç heç-heçə başa çatıb.

Milli.Az