Ermənistan parlamentinin bu gün keçiriləcəyi gözlənilən növbədənkənar iclası təxirə salınıb.

Publika.az
xəbər verir ki, növbədənkənar iclasda parlamentin buraxılacağı elan ediləcəkdi. Daha sonra baş nazir Nikol Paşinyan istefaya gedəcəkdi.

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabr ayına təyin edilib. Prosedura görə, əvvəlcə parlament buraxılmalı, sonra baş nazir istefa verməlidir. Daha sonra növbədənkənar seçkilər olmalıdır.

Parlamentin növbədənkənar iclası oktyabrın 22-də keçiriləcək.

Asif