Rusiyanın "Sport-Ekspress" qəzetinin keçmiş baş redaktoru, idman jurnalisti İvan Rubin intihar edib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, o, Moskvada özünü 16-cı mərtəbədən ataraq öldürüb.
Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb:
"Ölümümdə Vladimir Aleksandroviç Turenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 avro borcluyam və mənə hədə-qorxu gəlib ki, pulu qaytarmasam, ayaqlarımı və barmaqlarımı sındıracaq".
Milli.Az