İspaniya millisinin baş məşqçisi Luis Enrike Millətlər liqasında İngiltərə ilə qarşılaşmanı (2:3) şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi uğurun ispanlardan üz döndərdiyini deyib:

"Yaxşı oyun olmadı bizim üçün. Azarkeşləri sevindirə bilmədik. Matçın əvvəlində buraxdığımız səhvlər baha başa gəldi. Rəqibin birinci hissədə vurduğu 3 qol bizim səhvlərimizin nəticəsi idi. İkinci hissədə özümüzü toparladıq. İngilislərə daha çox təzyiq göstərdik. Qalib gəlmək şansımız var idi. Təəssüf ki, uğur həmin oyunda bizdən yan keçdi. Səfərdə bir matçımız qalıb. Mütləq qalib gəlməliyik ki, qrupda birinci yeri tutaq"

Milli.Az