"Mançester Yunayted"in qolkiperi David de Xea PSJ-nin maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fransa klubu ispan qolkiperi transfer etməyi planlaşdırır. De Xeya "qırmızı şeytanlar"la uzun müddətli müqavilə bağlamaq niyyətində olmadığını bildirib. Vəziyyəti diqqətlə izləyən PSJ ilk fürsətdə qapıçıya transfer təklif edəcək. 

De Xeanın "Mançester Yunayted"lə müqaviləsi 2020-ci ildə başa çatır.

Milli.Az