"Arsenal"ın müdafiəçisi Loran Koselni Fransa millisində karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. O, bundan sonra bir daha yığmanın formasını geyinməyəcəyini, ancaq komandaya azarkeşlik edəcəyini söyləyib.

33 yaşlı futbolçu 2011-ci ildən bəri millinin heyətində 51 oyunda 1 qol vurmuşdu. Koselni 2018-ci il dünya çempionatını zədə səbəbilə buraxmışdı.

Milli.Az