Son zamanlar azarkeşlər tərəfindən çox tənqid olunan Mahir Mədətova klubu "Qarabağ" sahib çıxıb.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi gənc hücumçuya dəstək olub. "Qarabağ" sosial şəbəkə hesablarında Mədətovun fotosunu profil şəkli edib və "Ən böyük dəyər sahib çıxmağı bacarmaqdır. Sevincin sevincimiz, kədərin kədərimizdir!" başlığını yazıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Arsenal"la (0:3) və Millətlər Liqasınbda Malta ilə matçında (1:1) Mahir Mədətov əvəzlənərkən azsarkeşlər tərəfindən fitə basılıb.
Elçin
Milli.Az