Roma Papası Fransisk Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər etmək istəyir.

Bu barədə Cənubi Koreyanın hakim partiyasının sədri Li Xe bildirib.

Li Xe qeyd edib ki, o, Roma Papasının qarşıdan gələn yaz fəslində Şimali Koreyaya səfər etmək istəyini eşidib. Daha əvvəl Fransiski KXDR rəhbəri Kim Çen In özü KXDR-ə dəvət edib.

Papa Fransisk dəfələrlə ölkələri KXDR-lə münaqişəni diplomatik yolla həll etməyə çağırıb (Report).