Amerika prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina etibar etdiyini deyib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Amerika lideri bu haqda CBS telekanalına müsahibəsində bildirib.
“Bəli, mən ona etibar edirəm. Amma bu o demək deyil ki, mən səhv edə bilmərəm”, - Tramp qeyd edib.
Prezidentin sözlərinə görə, o Şimali Koreya lideri ilə yaxşı yola gedir.