Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub.

Metbuat.az-ın məlumatına görə, Çexiyanın Astrava şəhərində təşkil olunan kombat cui-citsu idman növü üzrə dünya çempionatında 84 kiloqram çəki dərəcəsində çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Fərid Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb.

UEFA Millətlər Liqası: Azərbaycan Maltaya qarşı - Oxumaq üçün tıkla