Bu gün Türkiyədə dəhşətli yol qəzası baş verib.
Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, İzmirdə Menderes yol qovşağıdan yük maşını körpüdən suvarma kanalına aşıb. Hadisə nəticəsində 15 nəfərin yerindəcə öldüyü bildirilir. Ölənlərin sayının artacağı ehtimal edilir.
Məlumata görə, yük maşınında olan insanlar qanunsuz miqrantlar imiş. Ölənlərin arasında uşaqlar da var.