Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımadığını açıqlayıb. Ermənistanın baş nazirinin xanımı Anna Hakopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı absurd iddialarını davam etdirib. Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket kompleksləri ilə bağlı sensasiyalı iddia irəli sürüb. Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə bağlı müəmma davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində keçiriləcək əməliyyatların anonsunu verib. ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

“Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Reytinqin ilk onluğu aşağıdakı kimidir:

Dünyanın ən güclü hərbi hava qüvvələri AÇIQLANDI: Ermənistan 85-ci, Azərbaycan... - SİYAHI