"Arsenal"ın futbolçusu Aaron Remzi bu mövsümün sonu azad agent kimi London klubunu tərk edəcək.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü bildirib.
"Mövsümün sonuna kimi "Arsenal"da qalacam. Çünki müqaviləmin müddəti davam edir. Burada hər şey əla idi. Biz düşünürdük ki, yeni müqavilə ilə bağlı razılıq olacaq. Amma belə olmadı. Bu qərarı klub verdi. Futbolda hər şey olur. Mövsümün sonuna kimi klubuma kömək etmək üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, A.Remzi 2008-ci ildən "Arsenal"ın formasını geyinirdi.
Milli.Az