FIFA Dominikan Futbol Federasiyasının prezidenti Osiris Quzmana ağır cəza verib.
Milli.Az "report"-a istinadən bildirir ki, FIFA federasiya rəhbərinin 10 il müddətinə futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmasına qadağa qoyub.
O, həmçinin 150 min isveçrə frankı məbləğində də cərimələnib. Quzman FIFA-nın etik davranış qaydalarını pozmaqda və rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, Osiris Quzman daha öncə vəzifəsindən 90 günlük kənarlaşdırılmışdı.
Milli.Az