Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
ermənilərin apardığı qazıntı işləri zamanı insanabənzər abidələr
tapılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan
mediası yayıb.
Qazıntılar işğal altındakı Ağdərə rayonunda aparılır. Qazıntılar
zamanı çıxarılan insanabənzər tarixi abidələrin eramızdan əvvəl I
əsrə aid olduğu hesab olunur.
Məlumata görə, ermənilər qazıntıları daha da genişləndirəcək.
Azərbaycan tarixinə məxsus abidələri mənimsəyən işğalçı Ermənistan
yeni tapılan abidələri də “erməni tarixinin adına yazıb”.
Asif