Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı absurd iddialarını davam etdirib. Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxması ilə bağlı iddialar bir-birini əvəzləməkdədir. ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib. Kreml Tramp və Putinin görüşəcəyi ilə bağlı yayılmış xəbərləri əsassız adlandırıb. Yarım il ərzində Ukraynanı hakimiyyət dəyişikliyi gözləyir.

“Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır”. Bunuİrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan iddia edib ki, Dağlıq Qarabağ “xalqının” iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır.

“Sülh atmosferinin yaradılması nizamasalma prosesində irəliləyiş üçün əsas amil olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra “Qarabağı tərəf kimi təqdim etmək” cəhdləri ilə danışıqlar atmosferinə uyğun olmayan mövqe sərgiləyir. MDB dövlət başçılarının Düşənbə sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüş zamanı təmas xəttində atəşkəsin qorunması ilə bağlı razılaşma Paşinyanın bu absurd mövqeyindən əl çəkəcəyi ehtimalını önə çıxarmışdı. Lakin görünür, Paşinyan daxili siyasətə hesablanmış, lakin danışıqları alt-üst edən iddialarından əl çəkmir.

Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafından xəbər verir. Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə mövzularından biri olacaq.

Makronun Bakı səfərindən ən böyük gözlənti isə 400-500 milyon avroluq silah müqaviləsinin müzakirə ediləcəyidir.

Makron İrəvanın arzusunu ÜRƏYİNDƏ QOYDU: Azərbaycan 500 milyonluq SİLAH ALIR