İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə adınıb. Bildirilir ki, təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.
Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.