“Dövlət başçısı İlham Əliyev uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın dünya ölkələri arasında nüfuzuna diqqət çəkərək, bu istiqamətdə görülən işlərin daha da artırılması istiqamətində tapşırıqlarını verdi”.

Bu sözləri Publika.az-a millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bu gün ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürürsə bu, dinamik inkişafın, xarici siyasətin bəhrəsidir:

“Nəzərə almaq lazımdır ki, bu gün regiondakı dövlətlərdə vəziyyət heç də ürəkaçan deyil. Ölkə daxilində sabitliyin olmaması, insanların təhlükəsizliyinin təmin edilməməsi ciddi problemdir. Bu reallığın fonunda ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi çox önəmlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkə daxilində heç bir riskli vəziyyət yoxdur. Xarici meydanda mövcud olan risklər isə düşünülmüş xarici siyasətin sayəsində tənzimlənir. İlk növbədə cənab Prezidentin müzakirə boyu diqqət mərkəzində saxladığı məsələyə toxunmaq istərdim. Prezident qeyd etdi ki, 9 ay ərzində 12 xarici dövlətə rəsmi səfər edib və bu səfərlərdə ölkə inkişafına yönələn bir sıra önəmli razılaşmalar əldə olunub. Bundan başqa ölkəmizə 15 müxtəlif ölkənin hökumət başçısı və rəsmi nümayəndələrinin səfəri olub. Bilirsiniz bu, Azərbaycanın intensiv xarici siyasətinin təsdiqidir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Ölkəmizin nüfuzu isə dayanmadan artır. Buna səbəb isə təbii olaraq ölkədə deyilən sözlərlə əməllərin üst-üstə düşməsidir. Dövlət başçısının vətəndaşa olan qayğı və diqqətinin nəticəsidir ki, xalq hər zaman prezidentin yanındadır. Düşünülmüş siyasət və xalq hakimiyyət birliyi, Prezidentin verdiyi qərarlara xalqın sayqı ilə yanaşıb ona dəstək olması Azərbaycanı daim irəliyə, inkişafa aparan əsas amildir. Prezidentimiz isə yalnız və yalnız xalqın mənafeyinə, maraqlarına xidmət edən siyasət həyata keçirir. Müşavirədə bu günə qədər həllini tapmamış, ölkəmizin əsas və ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Bildirilib ki, bu istiqamətdə heç bir dəyişiklik olmayacaq. Münaqişənin həlli ilə bağlı prosesdə heç bir format dəyişikliyi olmayacaq. Münaqişənin həlli prosesində heç bir halda Ermənistanın irəli sürdüyü qondarma Dağlıq Qarabağ rejimi tərəf kimi çıxı edə bilməz. Paşinyanın hakimiyyətə gəldiyi gündən irəli sürdüyü təklif budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazi iddiası var və bu səbəbdən də məsələnin həlli Azərbaycan ilə məhz ərazi iddiasında olduğu Dağlıq Qarabağ arasında olmalıdır. Bu, təbii ki, ictimaiyyəti yanıltmaqdır. Azərbaycan heç vaxt Dağlıq Qarabağa ərazi iddiasında olmayıb, çünki Qarabağ bizim əzəli, tarixi torpaqlarımızdır. Bu, bir tarixdir və Azərbaycanın ərazi bütövlüyü bu gün bir çox dünya ölkələri tərəfindən də tanınıb. Ərazi iddiasında olan və işğalçı siyasət yeridən tərəf Ermənistandır. Bu problemin həlli üçün isə Ermənistan konstruktiv mövqe sərgiləməlidir. Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı qarşılıqlı tərəfdaşlıq razılaşmalardan sonra Beynəlxalq mövqedə nüfuzu daha da güclənib. Tərəfdaşlıq sənədində birmənalı şəkildə qeyd olunur ki, Aİ münasqişənin ərazi bütövlüyü,sərhədlərin toxunulmazlığı və suverenlik prinsipi əsas tutularaq hıllini müdafiə edir. Anoloji sənəd BMT sammitinin yekun bəyannaməsində də öz əksini tapıb. Bu, bir sıra beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib. Müsəlman ölkəsi olaraq bizim bu və digər məsələlərdə atdığımız addımlar göz qabağındadır və bu istiqamətdə dünya ölkələri Azərbaycanın siyasətini dəstkləyir. Ümumilikdə onu deyə bilərəm ki, cari ilin 9 ayının yekun nəticələrinə görə həm daxili, həm də xarici siyasətdə kifayət qədər uğurlara imza atmışıq. Bu isə 2019-cu ilə çox yüksək perspektivlərlə daxil ola bilərik”

Könül Cəfərli