Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar
parlament seçkilərini 9 dekabr tarixinə təyin edib.
Publka.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti
Paşinyana yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan seçkilərin keçirilməsi üçün bütün lazımi
proseduralarla bağlı parlamentdə digər fraksiyalarla razılığa
gəlib.
“Əvvəlcə baş nazir istefa verəcək. Reqlamentə görə, baş nazirin
istefasından 30 gün, parlamentin buraxılmasından 45 gün sonra yeni
seçkilər keçiriləcək. Orta hesabla bu prosedur 2 ay çəkir. Bu o
deməkdir ki, Paşinyan bu həftə istefa verəcək”, - deyə qəzet
yazıb.
Asif