ABŞ Kiprdəki hərbi bazasını bağlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu obyektdə 40 müqaviləli hərbi qulluqçu və 5 helikopter yerləşdirilmişdi. Vaşinqton kontingentin təminatı üçün 70 milyon dollar pul xərcləyib.

Məlumata görə, hərbi obyekt diplomatlartın Livandan təcili təxliyəsi üçün nəzərdə tutulmuşdu. Hərbi baza 2013-cü ilin sentyabrında yaradılmışdı.