Avropa Liqasının qrup mərhələsində "Arsenal"la oyundan sonra istirahətə buraxılan "Qarabağ" bu gün yenidən bir araya gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda oktyabrın 20-də qarşılaşacağı "Səbail"lə matç üçün hazırlığa start verib.
Milli komandaların heyətlərində yer alan futbolçular məşqdə iştirak etməyib. Onun əvəzində isə "Qarabağ-2"nin bir neçə üzvü əsas komandanın məşq prosesinə qoşulub.
Milli.Az