“Putinə daxili siyasətdə düşən reytinqini bərpa etmək
üçün qalib gələcəyi kiçik müharibə lazımdır”.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni şərhçi
Qalust Qriqoryan çıxış edib.
Onun sözlərinə görə, Rusiyada prezident Vladimir Putinin reytinqi
45 faizə düşüb: “Vaxtilə Gürcüstan və Ukrayna nümunəsində biz bunu
gördük. İndi növbə Ermənistandır”.
Q.Qriqoryan iddia edib ki, Ermənistanın məğlub olacağı müharibə
Qarabağda da ola bilər, ölkənin daxilində də.
“Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan,
Ermənistana müdaxilə edə bilər”, - deyə o bildirib.
Asif