Böyük Britaniyadan olan musiqiçilər "Brexit"ə qarşı çıxıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin baş naziri Tereza Meyə açıq məktub ünvanlayan ulduzlar bildiriblər ki, Birləşmiş Krallığın Avropa İttifaqından çıxması dövlətin mədəni nüfuzuna bərpası mümkün olmayan zərbə vuracaq.

Məktubun müəllifi irlandiyalı musiqiçi Bob Qeldofdur. Onu imzalayanlar arasında Ed Şiran, Rita Ora, Deymon Albarn və Stinq kimi tanınmış ifaçılar var.