"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Poltava təmsilçisi 11-ci turda Kiyev "Arsenal"ını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 72 və 79-cu dəqiqələrdə Sergey Qrin vurub. 

Qeyd edək ki, "Vorksla" 18 xalla 4-cü pillədə qərarlaşıb.  "Arsenal" isə 7 xalla sonuncu - 12-ci pillədədir.

Milli.Az