Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" evdə "Orenburq"a 0-1 hesabı ilə uduzub.

Rusiyanın U-21 millisinin üzvü olan Ayaz oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

"Rostov" Premyer Liqanın turnir cədvəlində 10 turdan sonra 18 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az