Alan Milyaçço meneceri olduğu "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın "Mançester Yunayted"i çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu xəbərləri təkzib edib: "Zidanın İngiltərədə işləyəcəyini düşünmürəm. İngilis futbolu onun üslubuna daha az uyğundur. Zidanla bununla bağlı müzakirə etmişəm. İngiltərədə çalışmağı düşünmür".
Qeyd edək ki, "MY"nın baş məşqçisi Joze Mourinyonu istefaya göndərəcəyi və bu vəzifəyə Zidanı təyin edəcəyi iddia olunrdu.
Milli.Az