"Chelsea"nin futbolçusu Eden Hazard Premyer Liqanın ən yaxşı oyunçusu olaraq göstərilməsinə münasibət bildirib.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu İngiltərə mətbuatına açıqlamasında hazırda ən yaxşı futbolçunun özü olduğunu deyib:
"Hazırda ən yaxşı mənəm. Ancaq 2 ay sonra fərqli ola bilər. Belə deyimlərə fikir vermirəm və hər gün öz üzərimdə işləyirəm. Nələr olacağını sonda görəcəyik. Nqolo Kantenin ən yaxşı futbolçular arasında olduğunu düşünürəm. Bu siyahıya Serxio Aquero, Kevin De Bruyne kimi futbolçuları da əlavə etmək olar. Məhəmməd Salah isə şübhəsiz ki, ötən mövsümün ən yaxşısı idi".
"Chelsea" ilə 2020-ci ilə qədər müqaviləsi olan Hazard, bu mövsüm Premyer Liqada çıxdığı 7 qarşılaşmada 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Milli.Az