İngiltərənin "Vulverhempton" klubunun baş məşqçisi portuqaliyalı Nunu Eşpiritu Santu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssis "Kristal Pelas"la oyunda əsas heyətdə heç bir dəyişiklik etməyib və öncəki 7 görüşdəki futbolçulara güvənib.
Bununla da Eşpiritu Santu ardıcıl olaraq 8 çempionat oyununda meydana eyni heyəti buraxmaqla İngiltərə Premyer Liqasında rekord göstərici müəyyənləşdirib.
Qeyd edək ki, "Vulverhempton" son 5 oyunda məğlub olmur və hazırda turnir cədvəlində 9-cu yerdədir. Bu isə klubun son 37 ildə ən yaxşı göstəricisidir.
Milli.Az