Makqreqor və Nurməhəmmodovun fanatları arasında dava düşüb.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, qarışıq idman növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqorun fanatları ilə Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun tərəfdarları arasında kütləvi dava düşüb.
Davada xeyli adam, hətta, qadınlar da iştirak edib.
Hadisə Las-Veqasda "UFC 229" iştirakçılarının çəkilərinin müəyyən edilməsi mərasimində baş verib.
Qeyd edək ki, Nurməhəmmədov - Makqreqor döyüşü bazar günü səhər, Bakı vaxtı ilə təqribən 7-də başlayacaq.
Milli.Az görüntüləri təqdim edir:
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: