Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

“Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub.

Çempionatda ilk qələbəsini qazanan qəsəbə təmsilçisi 4 xalla 7-ci pilləyə yüksəlib. “Qəbələ” isə 5 xalla 6-cı yerdədir.