Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu baş məşqçisi Andrey Tixonovla yolları ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun saytı xəbər yayıb. 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən gedib. "Krılya Sovetov" 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Tixonov 2017-ci ilin yayından Samara klubunu çalışdırırdı.
Qeyd edək ki, yay fasiləsində Rusiya klubuna keçən Şeydayev Tixonovun rəhbərliyi altında cəmi 1 oyunda iştirak edib.
Milli.Az