Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Milli.Az xəbər verir ki, "Barselona" Londonun "Uembli" stadionunda "Tottenhem"ə 4-2 hesabı ilə qalib gəlib.

B qrupunda turnir cədvəlinə 6 xalla "Barselona" başçılıq edir. Eyni xala malik olan "İnter" 2-cidi. "Tottenhem"lə PSV-nin aktivində xal yoxdu.

B qrupu

"Tottenhem" (İngiltərə) - "Barselona" (İspaniya) - 2:4
Qollar: Harri Keyn, 52, Erik Lamela, 66 - Filippe Koutinyo, 2, İvan Rakitiç, 28, Lionel Messi, 56, 90

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: