"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununa çıxıb.
Milli.Az xəbər verir ki, Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv Moldova "Şerif"ini qəbul edib. Qarşılaşma 1: 1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. "Qəbələ" (Azərbaycan) -"Şerif" (Moldova) 1:1
Qollar: Əli Sadıxov, 57 (pen.) - Danilo İqnatov, 31
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Milli.Az