Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir
Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti
təyin olunub.
Publika.az xəbər verir ki, bunu FIDE-nin yeni
seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.
Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini Arkadi
Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti
seçilib.
Seçkidən əvvəl Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər
üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
Mahir Məmmədovu da daxil edəcəyini demişdi.