Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbəti şərh edib. Ankara YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsinin zamanının gəldiyini açıqlayıb. 2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını yeni gömrük vergiləri ilə hədələyib. Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv edəcək. Ukrayna Rusiyanı Krıma yarımadasında nüvə silahı yerləşdirməkdə ittiham edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək”.

RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.

Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu gün brifinqdə bildirib.

“Ehtimal ki, ilin sonuna kimi, Xarici İşlər Nazirliyinin başçılarının görüşü olacaq”, - o deyib.

Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Elmar Məmmədyarov Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək.

YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsi zamanı gəlib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun bəyanatı ABŞ-ın müdafiə naziri Ceyms Mettisin şərhindən sonra verilib. Pentaqonun başçısı Münbiçdə birgə patrul üçün təlimlərin başlandığını açıqlayıb. Birgə patrulun bu ayın sonunda başlanması gözlənilir.

Xatırladaq ki, iyunun sonunda Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeonun görüşündə Münbiç üzrə yol xəritəsi müəyyən edilib. Yol xəritəsi YPG terror təşkilatının Münbiçdən çıxarılmasını nəzərdə tutur.

2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir.

Bu barədə "F-35" proqramının direktoru kontr-admiral Mett Vinter bildirib.

Onun sözlərinə görə, Türkiyənin "F-35"in işlənməsi üzrə çoxmillətli proqramda iştirakına dair hər hansı bir dəyişiklik yoxdur: "Daha 2 təyyarənin 2019-cu ilin mart ayında verilməsin gözləyirik. 100 təyyarənin tədarükünə dair heç bir dəyişiklik əlaməti yoxdur".

Xatırladaq ki, "Lockheed Martin" korporasiyası iyun ayında Türkiyəyə ilk 2 "F-35" təyyarəsini verib.

Suriyanın sülh və təhlükəsizliyin təmin olunması üçün Ankara və Dəməşq arasında təmaslar başlayıb. Türkiyənin “Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, bu haqda İran İslab İnqilabı Keşikçilər Korpusuna yaxın mənbələr bildiriblər.

Mənbələrə görə, Suriya və Türkiyənin nümayəndə heyətləri İranın paytaxtı Tehranda bir araya gəlib. Məlumata görə, görüşdə İdlibdə həll prosesi və Fərat çayının şərqində əməliyyat mövzuları müzakirə olunub. İranın vasitəçiliyi ilə keçirilən görüşün dəqiq vaxtı barədə məlumat verilməyib.

Hərbi və kəşfiyyat səlahiyyətlilərinin iştirak etdiyi görüşdə nəticələrinin yaxın gələcəkdə özünü göstərəcəyi bildirilir.

Müharibə ssenarisini YENİDƏN YAZACAQ GİZLİ GÖRÜŞ: Tehranda nələr PLANLAŞDIRILIB?