"Roma"dan ayrılmaq ağır oldu. Həmin vaxt arvadımla xeyli ağladıq. Ancaq mən bu qərarı karyeram üçün qəbul etdim. Bu, mənim üçün irəliyə doğru böyük addımdır. "Roma" isə transferimdən yaxşı pul qazandı".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un qapıçısı Alisson Bekker deyib. Mövsümün əvvəlində "Roma"nı ingilis klubuna dəyişən braziliyalı qolkiper İtaliyadakı vaxtlarını xatırlayıb:
"Liverpul"a keçsəm də, bu klubun qəlbimdə yeri bir başqadır. Romada 2 gözəl il keçirdim. Qızım orada dünyaya gəldi. Təkcə futbolda deyil, digər sahələrdə də xeyli dost qazandım. Gecələr tez-tez şəhəri gəzirdim. Trevi fəvvarəsi çox xoşuma gəlirdi, amma ən sevimli məkanım Kolizeydir. Orada tarixi hissi etmək olur. "Roma"da xoşbəxt idim. Amma söhbət karyeradan gedirsə, digər şeylər haqda da düşünmək lazımdır. Böyük hədəflərim var. Necə ki, indi "Liverpul"dayam və dünyanın əsas liqasında oynayıram".
Qeyd edək ki, Alisson bu yay 70 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a keçib.
Milli.Az